ain.az, GlobalInfo saytına istinadən bildirir.
ABŞ dövlət katibi Marko Rubio Rusiyanın bütün Ukrayna üzərində nəzarəti ələ keçirməyə çalışa biləcəyini deyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vanity Fair” jurnalisti Kris Uippl məlumat yayıb.
Jurnalistin sözlərinə görə, Rubio ilə söhbəti oktyabr ayında baş tutub.
Həmin zaman Uippl dövlət katibindən soruşub ki, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin bütün Ukraynanı hədəf aldığı barədə fikrinə necə münasibət göstərir. Cavab olaraq Rubio danışıqlarda mövcud cəbhə xətti boyunca münaqişəyə son qoymaq üçün variantların müzakirə olunduğunu bildirib.
“Bu cür təkliflər Rusiyanın 2014-cü ildən bəri nəzarəti altında olan Krım da daxil olmaqla, əhəmiyyətli əraziləri saxlamasını nəzərdə tutur”, – deyə Rubio vurğulayıb.
Bundan əvvəl Ağ Evin aparat rəhbəri Syuzan Uayls Rusiyanın Donbas istədiyini bildirib: “Amma Donald Tramp düşünür ki, Putin bütün ölkəni istəyir”.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.