AZ

Ağ Ev etiraf etdi: Putin sülh istəmir – Görün nə tələb edir

ABŞ prezidenti Donald Tramp Kreml lideri Vladimir Putinin sülh istədiyinə inanmır.

Publika.az xəbər verir ki, Tramp Rusiya liderinin sonda bütün Ukraynanı işğal etmək niyyətində olduğuna əmindir.

Bunu Ağ Evin aparat rəhbəri Syuzi Uayls “Vanity Fair” jurnalına verdiyi müsahibədə deyib.

Nəşrin məlumatına görə, Trampın komandası Putinin Ukraynanın tam ələ keçirilməsindən başqa bir şey istəyib-istəmədiyinə dair fikir ayrılığına düşüb. Eyni zamanda, ABŞ prezidentinin özü də Rusiya liderinin sülh istəmədiyinə inanır.

"Ekspertlər hesab edirlər ki, əgər o, Donetsk vilayətinin qalan hissəsini ələ keçirə bilsəydi, məmnun qalardı", - deyə Uayls bildirib.

Seçilən
39
14
publika.az

10Mənbələr