AZ

Azərbaycan klubu Almaniyada uduzdu, Çempionlar Liqasında mübarizəni dayandırdı

“Sabah” FIBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını keçirib.

Sportinfo.az xəbər verir ki, Berlində “Alba” ilə üz-üzə gələn Rimas Kurtinaytisin kollektivi 82:106 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

"Sabah” B qrupunu 7 xalla sonuncu - dördüncü pillədə bitirib. “Alba” və Fransanın “Elan Şalon” klubları hərəyə 11 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar.

“Sabah”la eyni xala malik Çexiyanın “Nimburk” komandası üçüncü olub.

Seçilən
17
1
sportinfo.az

10Mənbələr