AZ

"Sabah" Çempionlar Liqasındakı ilk qələbəsini qazandı

"Sabah" basketbol komandası Çempionlar Liqasında növbəti matçına çıxıb.

90deqiqe.Az xəbər verir ki, Bakıda Çexiyanın "Nimburk" klubu ilə üz-üzə gələn Rimas Kurtinaytisin çalışdırdığı kollektiv 105:87 hesabı ilə qələbə qazanıb.

Bu, “bayquşlar”ın Çempionlar Liqasındakı ilk qələbəsi olub.

Hazırda B qrupunda 6 xalla sonuncu – dördüncü pillədə qərarlaşan "Sabah" üçüncü yerdə olan Çexiya təmsilçisi "Nimburk"u məğlub edib. Liderlik mövqeyində 8 xalla Fransanın "Elan Şalon" komandası, ikinci pillədə isə 7 xalla Almaniyanın "Alba" (Berlin) komandası qərarlaşıb.

Seçilən
59
15
90deqiqe.az

10Mənbələr