“Sabah” FIBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını keçirib.
Sportinfo.az xəbər verir ki, Berlində “Alba” ilə üz-üzə gələn Rimas Kurtinaytisin kollektivi 82:106 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.
"Sabah” B qrupunu 7 xalla sonuncu - dördüncü pillədə bitirib. “Alba” və Fransanın “Elan Şalon” klubları hərəyə 11 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar.
“Sabah”la eyni xala malik Çexiyanın “Nimburk” komandası üçüncü olub.