AZ

“Sabah” FIBA Çempionlar Liqasında qrup sonuncusu oldu – ARENA.AZ

Basketbol üzrə Azərbaycan çempionu “Sabah” FIBA Çempionlar Liqasının qrup mərhələsində bu gün sonuncu matçını keçirib.

Arena.az xəbər verir ki, “bayquşlar” sonuncu turda Almaniyanın “Alba” komandası ilə üz-üzə gəlib.

Almaniyanın paytaxtı Berlində baş tutmuş bu görüş Azərbaycan çempionu üçün uğursuz alınıb. Belə ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 82:106 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Nəticədə “Sabah” yer aldığı B qrupunu 7 xalla sonuncu – dördüncü pillədə bitirib. “Alba” və Fransanın “Elan Şalon” kollektivləri hərəyə 11 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. Azərbaycan çempionu ilə eyni xala malik Çexiyanın “Nimburk” komandası isə üçüncü olub.

Xatırladaq ki, Bakı klubu qrup mərhələsi çərçivəsində keçirdiyi 6 oyunda cəmi 1 qələbə qazanıb, 5 məğlubiyyətə üzülüb.

Seçilən
73
9
arena.az

10Mənbələr