AZ

Lukaşenko Maduronu qəbul etməyə hazır olduğunu açıqladı


Venesuela prezidenti Nikolas Maduro istefa verəcəyi təqdirdə, ürəyi istəsə, Belarusa köçə bilər. Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenko bildirib.

“Maduro heç vaxt bizim düşmənimiz və ya rəqibimiz olmayıb. O, Belarusa gəlmək istəsə - qapılarımız onun üzünə açıqdır”, - deyə Lukaşenko vurğulayıb.

Lukaşenko diqqətə çatdırıb ki, bu vaxta qədər Maduro ilə bu barədə söhbət olmayıb.

Maduronu Venesuelanın keçmiş lideri Uqo Çavezlə müqayisə edən Lukaşenko, onun güclü xarakterli insan olduğunu vurğulayıb.

Seçilən
17
1
baki-xeber.com

10Mənbələr