AZ

Lukaşenko Maduronun Belarusa köçməsinə qarşı deyil

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Əgər Venesuela prezidenti Nikolas Maduro Belarusa gəlmək istəsə, qapılar onun üçün həmişə açıqdır".

Reyting.az xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Maduronu qəbul etməyə hazır olub-olmayacağı ilə bağlı suala cavab deyib.

Lakin Lukaşenko mümkün köçürmənin "heç vaxt müzakirə olunmadığını" və Maduronun "hər şeyi atıb gedən" biri olmadığını vurğulayıb. Belarus prezidenti bildirib ki, Maduro "güclü bir insan, Çavista, qəhrəman, layiqli və sağlam düşüncəli insandır". O, Venesuela prezidentinin köçürmə mövzusunu "boş söhbətlər" adlandırıb.

Lukaşenko hesab edir ki, Maduro ilə "danışmaq və danışıqlar aparmaq" mümkündür. O, həmçinin bildirib ki, ABŞ Venesuela ilə müharibəyə başlasa, insanlar onun ətrafında toplaşacaqlar. Bundan əlavə, Belarus prezidenti ABŞ və Venesuelanı kompromis tapmağa çağırıb.

E. KAMAL

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
50
reyting.az

10Mənbələr