Belarus prezidenti bildirib ki, Maduro Belarusa sığınmaq istəsə, qapılar açıqdır...
Belarus prezidenti Aleksandr Lukaşenko Venesuela prezidenti Nikolas Maduro ölkəsini tərk etmək qərarına gəlsə və Belarusda qalmaq istəsə, onun üçün qapıların açıq olduğunu bəyan edib.
Poliqon xəbər verir ki, bu barədə Belarusun “Pul Pervogo” Telegram-kanalı məlumat yayıb.
Lukaşenko vurğulayıb ki, Maduro heç vaxt Belarus üçün düşmən olmayıb və onunla anlaşmaq mümkündür. Prezident əlavə edib ki, Maduro Uqo Çaveslə müqayisədə dəqiq danışıqlar aparıla biləcək, güclü xarakterli liderdir. Eyni zamanda Lukaşenko qeyd edib ki, belə bir söhbət indiyədək Madurolarla olmayıb, çünki o, heç bir vəzifədən qaçacaq insan deyil.
Qeyd olunur ki, 16 dekabrda Lukaşenko ABŞ prezidenti Donald Trampa Venesuela böhranının həlli ilə bağlı öz təkliflərini göndərib. Bundan əvvəl, 15 dekabrda Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası departamentinin direktoru Aleksandr Şçetinini bildirib ki, Moskva Venesuela xalqı və prezident Maduro ilə həmrəydir.
Xatırladaq ki, 29 noyabrda Tramp Venesuela və ətraf hava məkanını aviaşirkətlər üçün bağlamağa çağırmışdı. Venesuela hakimiyyəti dərhal bu çağırışı rədd edib, suverenliyin qorunmasını tələb etmiş və BMT-yə müraciət edərək Vaşinqtonun təhdidkar bəyanatını pisləməsini istəyib.
Poliqon.info