AZ

İranda zavodda partlayış baş verib, ölənlər var

İranın İsfahan əyalətində yerləşən fabriklərin birində partlayış baş verib, doqquz nəfər həlak olub.Bu barədə əyalətin fövqəladə hallar idarəsinin rəhbəri Mənsur Şişaforuş məlumat verib.

Onun sözlərinə görə, yanğın Barhur şəhərində, Dövlətabad Sənaye Parkında fəaliyyət göstərən elektronika istehsalı fabrikində qeydə alınıb.

Şişaforuş bildirib ki, hadisə nəticəsində zavodun doqquz işçisi qazdan zəhərlənərək ölüb və aparılan xilasetmə tədbirləri nəticəsiz qalıb.

1 700 hektar ərazini əhatə edən Dövlətabad Sənaye Parkı İsfahanın şimalında yerləşir və İranın ən böyük sənaye parklarından biri hesab olunur.

Seçilən
37
5
anews.az

10Mənbələr