AZ

İsfahanda fabrikdə baş verən partlayış doqquz nəfərin həyatına son qoyub

Bakı. Trend:

İranın İsfahan əyalətində yerləşən fabriklərin birində baş verənpartlayış nəticəsində doqquz nəfər həlak olub.

Trend İranKİV-lərinə istinadən xəbər verir ki, bu barədə əyalətin fövqəladəhallar idarəsinin rəhbəri Mənsur Şişaforuş məlumat verib.

Onun sözlərinə görə, yanğın Barhur şəhərində, Dövlətabad SənayeParkında fəaliyyət göstərən elektronika istehsalı fabrikində qeydəalınıb.

Şişaforuş bildirib ki, hadisə nəticəsində zavodun doqquz işçisiqazdan zəhərlənərək ölüb və aparılan xilasetmə tədbirləri nəticəsizqalıb.

Qeyd edək ki, 1 700 hektar ərazini əhatə edən Dövlətabad SənayeParkı İsfahanın şimalında yerləşir və İranın ən böyük sənayeparklarından biri hesab olunur.

Seçilən
99
5
az.trend.az

10Mənbələr