İranın İsfahan əyalətində yerləşən fabriklərin birində baş verən partlayış nəticəsində 9 nəfər həlak olub.
Publika.az xəbər verir ki, bu barədə əyalətin fövqəladə hallar idarəsinin rəhbəri Mənsur Şişaforuş bildirib.
Yanğın Barhur şəhərində, Dövlətabad Sənaye Parkında fəaliyyət göstərən elektronika istehsalı fabrikində qeydə alınıb.
Şişaforuş bildirib ki, hadisə nəticəsində zavodun 9 işçisi qazdan zəhərlənərək ölüb. Aparılan xilasetmə tədbirləri nəticəsiz qalıb.