Bakı. Trend:
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Rusiyaya 90,3milyon kVt/saat elektrik enerjisi ixrac olunub.
Trend DövlətStatistika Komitəsinə istinadla xəbər verir ki, bu həcmdə elektrikenerjisinin ixracından əldə olunan gəlir 3,9 milyon ABŞ dollarıtəşkil edir.
Rusiyaya elektrik enerjisinin ixracı ötən dövrün eyni dövrü iləmüqayisədə həcm ifadəsində 56 milyon kVt/saat və ya 38,2 faiz,dəyər ifadəsində isə 3,9 milyon dollar və ya 50,1 faiz azalıb.
Eyni zamanda, 2025-ci ilin ilk 10 ayında Rusiyadan Azərbaycana3,3 milyon ABŞ dolları dəyərində 77 milyon kVt/saat elektrikenerjisi satılıb.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində 466 min ABŞ dolları və ya 20,7 faiz artıb, həcmifadəsində isə 2,5 milyon kVt/saat və ya 3,2 faiz azalıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarında ümumilikdəAzərbaycandan dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və Türkiyəyə –64,5 milyon ABŞ dolları dəyərində 1,128 milyard kVt/saat həcmindəelektrik enerjisi ixrac olunub.
Hesabat dövründə, həmçinin Rusiya, Gürcüstan və İrandanAzərbaycana 6,6 milyon ABŞ dolları dəyərində 148,8 milyon kVt/saathəcmində elektrik enerjisi idxal edilib.