AZ

Azərbaycandan Gürcüstana ixrac olunan elektrik enerjisinin həcmi açıqlandı

Bakı. Trend:

Bu ilin yanvar–oktyabr aylarında Azərbaycandan Gürcüstanatəxminən 494 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.

Trend-inAzərbaycan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumatagörə, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir28,5 milyon ABŞ dolları təşkil edib.

Gürcüstana elektrik enerjisi ixracı ötən ilin müvafiq dövrü iləmüqayisədə həcm ifadəsində 642 milyon kVt/saat və ya 56,5 faiz,dəyər ifadəsində isə 29,7 milyon ABŞ dolları və ya 51 faizazalıb.

Eyni zamanda, 2025-ci ilin ilk 10 ayında GürcüstandanAzərbaycana 3,3 milyon ABŞ dolları dəyərində 50 milyon kVt/saathəcmində elektrik enerjisi satılıb.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində 549 min ABŞ dolları və ya 20,3 faiz, həcm baxımından isə8,4 milyon kVt/saat və ya 20,3 faiz artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarında ümumilikdəAzərbaycandan dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və Türkiyəyə –64,5 milyon ABŞ dolları dəyərində 1,128 milyard kVt/saat həcmindəelektrik enerjisi ixrac olunub.

Hesabat dövründə, həmçinin Rusiya, Gürcüstan və İrandanAzərbaycana 6,6 milyon ABŞ dolları dəyərində 148,8 milyon kVt/saathəcmində elektrik enerjisi idxal edilib.

Məqalədə:
Seçilən
112
2
az.trend.az

3Mənbələr