AZ

Azərbaycandan İrana ixrac olunan elektrik enerjisinin həcmi azalıb

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan İrana 23,9milyon kVt/saat elektrik enerjisi ixrac olunub.

Trend DövlətStatistika Komitəsinə istinadla xəbər verir ki, bu həcmdə elektrikenerjisinin ixracından əldə olunan gəlir 680 min dollar təşkiledir.

İrana elektrik enerjisinin ixracı ötən dövrün eyni dövrü iləmüqayisədə həcm ifadəsində 6,6 milyon kVt/saat və ya 21,6 faiz,dəyər ifadəsində isə 187,4 min dollar və ya 21,6 faiz azalıb.

Eyni zamanda, 2025-ci ilin ilk 10 ayında İrandan Azərbaycana 619min ABŞ dolları dəyərində 2,2 milyon kVt/saat elektrik enerjisisatılıb.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində 213,8 min ABŞ dolları və ya 25,7 faiz, həcm ifadəsindəisə 7,5 milyon kVt/saat və ya 25,6 faiz azalıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarında ümumilikdəAzərbaycandan dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və Türkiyəyə –64,5 milyon ABŞ dolları dəyərində 1,128 milyard kVt/saat həcmindəelektrik enerjisi ixrac olunub.

Hesabat dövründə, həmçinin Rusiya, Gürcüstan və İrandanAzərbaycana 6,6 milyon ABŞ dolları dəyərində 148,8 milyon kVt/saathəcmində elektrik enerjisi idxal edilib.

Məqalədə:
Seçilən
33
2
az.trend.az

3Mənbələr