AZ

Yevlaxda minik avtomobilləri toqquşdu - Xəsarət alanlar var

Yevlaxda minik avtomobilləri toqquşub.

Avtosfer.az xəbər verir ki, hadisə Əkşəm kəndi yaxınlığında baş verib. 2 "VAZ"ın toqqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Qeyd etmək lazımdır ki, səhər saatlarından etibarən rayonun qeyd olunan istiqamətində ikisi  zəncirvari olmaqla, 3 yol qəzası baş verib. Hadisələr zamanı müxtəlif bədən xəsarətləri alaan  6 nəfər xəstəxanaya çatdırıllb. Onlardan 3-ü qadın biri uşaq  iki nəfəri isə kişidir.

İlkin zəruri tibbi yardım aldıqdan sonra 5 yaralı ambulator müalicə üçün evə buraxılıb. Durumu daha ciddi olan 1979-cu il təvəllüdlü yaralı Ramiz Quliyev isə cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./unikal

Seçilən
26
1
avtosfer.az

10Mənbələr