AZ

Toral Bayramov Premyer Liqada 25-ci qolunu vurdu – ARENA.AZ

Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ”ın yarımmüdafiəçisi Toral Bayramov Premyer Liqada 25-ci qolunu vurub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir.

Bildirilir ki, Toral buna 137-ci oyununda nail olub. Yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 15-ci turunda “Araz-Naxçıvan”ın qapısına 2 qol vurmaqla “25”ə çatıb. Debütü 2019/2020-ci illər mövsümündə gerçəkləşmiş futbolçu yalnız Ağdam klubunda çıxış edib.

Qeyd edək ki, Toral Bayramov Azərbaycan Premyer Liqasının tarixində 25 qol vurmuş 130-cu oyunçudur. O, bu göstəriciyə cari mövsümdə çatan ikinci futbolçudur. Hazırda “Araz-Naxçıvan”da çıxış edən Ülvi İsgəndərovun 25-ci qolu da cari mövsümə təsadüf edib.

Xatırladaq ki, “Qarabağ” “Araz-Naxçıvan”la oyunda rəqibini 5:1 hesabıyla məğlub edib.

Seçilən
6
7
arena.az

10Mənbələr