Futbol üzrə İkinci Liqada mübarizə aparan “Şəki” çempionatın 13-cü turda qarşılaşmalı olduğu “Qaradağ Lökbatan”la oyuna çıxmayacaq.
Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Məsələnin səbəbi ilə bağlı daha sonra açıqlama veriləcəyi bildirilib.
Xatırladaq ki, sözügedən matç bu gün Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilməli idi. Görüşə saat 14:00-da start verilməsi nəzərdə tutulmuşdu.
“Şəki” İkinci Liqanın 2025/2026-cı illər mövsümündə 12 turdan sonra turnir cədvəlində 25 xalla dördüncü sırada qərarlaşıb. Əyalət təmsilçisi bu görüşlərdə 8 qələbə qazanıb, 1 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. Rəqib qapılarından 36 top keçirmiş şəkililər özləri 10 qola üzülüblər.
İkinci Liqanın yarış cədvəlinə 33 xalla “Xankəndi” və “Qaradağ Lökbatan” şərikli liderlik edirlər. “Quba” isə 26 xalla üçüncüdür.
