"Qarabağ"ın futbolçusu Abdullah Zubir Misli Premyer Liqasında 200-cü oyununu keçirib.
Apasport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubiley matçı Misli Premyer Liqasının XV turuna təsadüf edib.
O, "Araz-Naxçıvan"la qarşılaşmada (5:1) meydana sonradan daxil olub. Premyer Liqada 2018/2019 mövsümündə debüt edən Zubir ölkəmizdə yalnız "Qarabağ"ın formasını geyinib.
Zubir bu görüşlərdə 52 qola imza atıb. O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 158-ci futbolçu olub.
Qeyd edək ki, Zubir "200"ə cari mövsümdə çatan 4-cü oyunçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıb.
Qurban Qurbanov: “Futbolçulardan gözlədiyimi ala bilmişəm”
Elmar Baxşıyev: “Haqqımda nə yazırlarsa, futbolçulara da təsir edir”
“Qarabağ”dan böyükhesablı qələbə - YENİLƏNİB
Daun sindromlu və autizmli uşaqlar “Turan Tovuz”un qonağı olublar - VİDEO
Azər Bağırov: "Futbolçu meydanda mübarizə aparırsa, səhv etməlidir"