AZ

Zubir “200”ə çatdı

Abdullah Zubir Premyer Liqada 200-cü oyununu keçirib.

Msport.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XV turuna təsadüf edib.

O, “Araz-Naxçivan”la qarşılaşmada (5:1) meydana sonradan daxil olub. Premyer Liqada 2018/19 mövsümündə debüt edən Zubir ölkəmizdə yalnız “Qarabağ” forması geyinib.

Abdullah bu görüşlərdə 52 qola imza atıb. O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 158-ci futbolçu olub. Zubir “200”ə cari mövsümdə çatan 4-cü oyunçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıb.

Seçilən
42
14
msport.az

10Mənbələr