EN

Zubir Misli Premyer Liqasında 200-cü oyununu keçirib

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Misli Premyer Liqasında 200-cü oyununu keçirib.

Apasport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubiley matçı Misli Premyer Liqasının XV turuna təsadüf edib.

O, "Araz-Naxçıvan"la qarşılaşmada (5:1) meydana sonradan daxil olub. Premyer Liqada 2018/2019 mövsümündə debüt edən Zubir ölkəmizdə yalnız "Qarabağ"ın formasını geyinib.

Zubir bu görüşlərdə 52 qola imza atıb. O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 158-ci futbolçu olub.

Qeyd edək ki, Zubir "200"ə cari mövsümdə çatan 4-cü oyunçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıb.

Qurban Qurbanov: “Futbolçulardan gözlədiyimi ala bilmişəm”

Elmar Baxşıyev: “Haqqımda nə yazırlarsa, futbolçulara da təsir edir”

“Qarabağ”dan böyükhesablı qələbə - YENİLƏNİB

Daun sindromlu və autizmli uşaqlar “Turan Tovuz”un qonağı olublar - VİDEO

Azər Bağırov: "Futbolçu meydanda mübarizə aparırsa, səhv etməlidir"

Chosen
69
14
apasport.az

10Sources