AZ

Sxadadze: “Kəpəz”ə qarşı pis oynadıq” – ARENA.AZ

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 15-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş oyununda Gəncə təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.

Kaxaber Sxadadze qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Oyun haqda nə deyə bilərəm? Belə qırmızı vərəqələri ancaq biz ala bilərik. Başa düşmürəm ki, necə belə qırmızı vərəqə almaq olar. “Kəpəz”in qolunda müdafiəçilərimizdən heç biri rəqib oyunçunu saxlamadı. Bu gün pis oynadıq. Murad Musayevin yoxluğu hiss olunurdu. Səhvlərdən nəticə çıxarıb daha yaxşı olmağa çalışacağıq.

Reallığı nəzərə almaq lazımdır. Cibində 10 manat varsa, restrorana gedə bilməzsən. Mən ağılsız insan deyiləm, reallığa baxıram. Bizim hədəfimiz Premyer Liqada qalmaqdır. Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiniz. Qaydalara görə 5 futbolçu transfer edə bilərik. Buna görə də heyətimizi qorumalıyıq. Sanqareyə gəldikdə, bəli, o, çox səhvlər edir. Daha yaxşı olmaq lazımdır. Komandada bütün mövqelərdə rəqabət olmalıdır. Rəqabət olmasa, inkişaf ola bilməz. Yeni qapıçı gətirməyi planlaşdırırıq”.

Seçilən
40
20
arena.az

10Mənbələr