AZ

Etirazçılar Bolqarıstanda hökuməti deviriblər | FOTOLAR

Britaniyanın "Reuters"xəbəragentliyi öz mənbələrinə istinadən xəbər yayıb ki, cari ilin yanvar ayından bəri ölkədə hökm sürmüş sabiq hökumət 2026-cı ilin 1 yanvarından etibarən Bolqarıstanı avrozonaya salmaq niyyətində idi. Hərçənd bu və digər planlara baxmayaraq, Baş nazir Rosen Jelyazkovhökumətdə korrupsiyaya, vergilərin artırılmasını nəzərdə tutan yeni dövlət büdcəsinə qarşı küçə nümayişlərifonunda dünən istefa verib. Məlumata görə, istefadan qabaqhətta Bolqarıstan PrezidentiRumen Radev dəhökumət başçısını vəzifədən çəkilməyə çağırıb.


İstefa nəticəsində etirazlar xeyli səngiyib. Hazırda aksiya iştirakçıları parlamentdən"ümidli" qərarlargözləyirlər. Hərçənd mütəxəssislər vurğulayırlar ki, tezliklə yeni hökumət müəyyənləşməzsə, Bolqarıstan qarşıdakı aylardaseçki labirintinədüşə bilər. Sofiyada fəaliyyət göstərən Demokratiya üzrə Təhqiqatlar Mərkəzinin Hüquq Proqramının direktoru Dimitar Markovun sözlərinə görə,belə bir vəziyyətin üzə çıxma ehtimalı böyükdür.

Məlumat üçün bildirək ki, Bolqarıstanda hökumətə qarşıaksiyaları keçən ay başlayıb.Nümayişçilər Rosen Jelyazkovun rəhbərliyində hökumətinyüksək dövlət xərclərini maliyyələşdirmək məqsədilə vergiləri artırmasına görəetiraza qalxıblar. Sözügedən maliyyənin ölkədəki korrupsional hüquq-mühafizə və ədliyyə sisteminə yönəldiləcəyi barədə xəbərlərəhalini daha da qəzəbləndirib.Nəticədəbüdcə layihəsi geri çəkilibsə də,aksiyalar yaxın günlərədək səngiməyib.


Maraqlıdır ki,etirazçıların böyük qismi məhz devirdikləri hökumətin qərarına uyğun şəkildə ölkənin avrozonaya girməsini istəyirlər. Bu hal ictimai-siyasi mənada vəziyyətin daha da sual altında qalmasına gətirib çıxarırEyni zamanda, aparılmış sorğular göstərir ki, əhali avro məsələsində ciddi fikir ayrılığındadır. Əksəriyyət belə qənaətdədir ki, avroya keçid prosesində hökumətin ciddi nəzarət mütləqdir, əks təqdirdə,yeni valyuta fonunda ictimai çaşqınlığı fürsət sayanlar qiymətləri süni surətdə artıra bilərlər.

Firudin Həmidli
AzVision.az
Seçilən
18
1
azvision.az

2Mənbələr