

İstefa nəticəsində etirazlar xeyli səngiyib. Hazırda aksiya iştirakçıları parlamentdən"ümidli" qərarlargözləyirlər. Hərçənd mütəxəssislər vurğulayırlar ki, tezliklə yeni hökumət müəyyənləşməzsə, Bolqarıstan qarşıdakı aylardaseçki labirintinədüşə bilər. Sofiyada fəaliyyət göstərən Demokratiya üzrə Təhqiqatlar Mərkəzinin Hüquq Proqramının direktoru Dimitar Markovun sözlərinə görə,belə bir vəziyyətin üzə çıxma ehtimalı böyükdür.
Məlumat üçün bildirək ki, Bolqarıstanda hökumətə qarşıaksiyaları keçən ay başlayıb.Nümayişçilər Rosen Jelyazkovun rəhbərliyində hökumətinyüksək dövlət xərclərini maliyyələşdirmək məqsədilə vergiləri artırmasına görəetiraza qalxıblar. Sözügedən maliyyənin ölkədəki korrupsional hüquq-mühafizə və ədliyyə sisteminə yönəldiləcəyi barədə xəbərlərəhalini daha da qəzəbləndirib.Nəticədəbüdcə layihəsi geri çəkilibsə də,aksiyalar yaxın günlərədək səngiməyib.


Maraqlıdır ki,etirazçıların böyük qismi məhz devirdikləri hökumətin qərarına uyğun şəkildə ölkənin avrozonaya girməsini istəyirlər. Bu hal ictimai-siyasi mənada vəziyyətin daha da sual altında qalmasına gətirib çıxarırEyni zamanda, aparılmış sorğular göstərir ki, əhali avro məsələsində ciddi fikir ayrılığındadır. Əksəriyyət belə qənaətdədir ki, avroya keçid prosesində hökumətin ciddi nəzarət mütləqdir, əks təqdirdə,yeni valyuta fonunda ictimai çaşqınlığı fürsət sayanlar qiymətləri süni surətdə artıra bilərlər.
Firudin Həmidli
AzVision.az