AZ

Etirazçılar Bolqarıstanda hökuməti deviriblər FOTOLAR

ain.az, Azvision portalına istinadən məlumat yayır.

Britaniyanın "Reuters" xəbər agentliyi öz mənbələrinə istinadən xəbər yayıb ki, cari ilin yanvar ayından bəri ölkədə hökm sürmüş sabiq hökumət 2026-cı ilin 1 yanvarından etibarən Bolqarıstanı avrozonaya salmaq niyyətində idi. Hərçənd bu və digər planlara baxmayaraq, Baş nazir Rosen Jelyazkov hökumətdə korrupsiyaya, vergilərin artırılmasını nəzərdə tutan yeni dövlət büdcəsinə qarşı küçə nümayişləri fonunda dünən istefa verib. Məlumata görə, istefadan qabaq hətta Bolqarıstan Prezidenti Rumen Radev də hökumət başçısını vəzifədən çəkilməyə çağırıb.

İstefa nəticəsində etirazlar xeyli səngiyib. Hazırda aksiya iştirakçıları parlamentdən "ümidli" qərarlar gözləyirlər. Hərçənd mütəxəssislər vurğulayırlar ki, tezliklə yeni hökumət müəyyənləşməzsə, Bolqarıstan qarşıdakı aylarda seçki labirintinə düşə bilər. Sofiyada fəaliyyət göstərən Demokratiya üzrə Təhqiqatlar Mərkəzinin Hüquq Proqramının direktoru Dimitar Markovun sözlərinə görə, belə bir vəziyyətin üzə çıxma ehtimalı böyükdür. Məlumat üçün bildirək ki, Bolqarıstanda hökumətə qarşı aksiyaları keçən ay başlayıb. Nümayişçilər Rosen Jelyazkovun rəhbərliyində hökumətin yüksək dövlət xərclərini maliyyələşdirmək məqsədilə vergiləri artırmasına görə etiraza qalxıblar. Sözügedən maliyyənin ölkədəki korrupsional hüquq-mühafizə və ədliyyə sisteminə yönəldiləcəyi barədə xəbərlər əhalini daha da qəzəbləndirib. Nəticədə büdcə layihəsi geri çəkilibsə də, aksiyalar yaxın günlərədək səngiməyib.

Maraqlıdır ki, etirazçıların böyük qismi məhz devirdikləri hökumətin qərarına uyğun şəkildə ölkənin avrozonaya girməsini istəyirlər. Bu hal ictimai-siyasi mənada vəziyyətin daha da sual altında qalmasına gətirib çıxarır Eyni zamanda, aparılmış sorğular göstərir ki, əhali avro məsələsində ciddi fikir ayrılığındadır. Əksəriyyət belə qənaətdədir ki, avroya keçid prosesində hökumətin ciddi nəzarət mütləqdir, əks təqdirdə, yeni valyuta fonunda ictimai çaşqınlığı fürsət sayanlar qiymətləri süni surətdə artıra bilərlər. Firudin Həmidli

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
azvision.az

2Mənbələr