AZ

Rusiyanın neft zavodu VURULDU

Dekabrın 12-nə keçən gecə Ukrayna Rusiyanın Yaroslavl şəhərinə hücum edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, zərbə yerli neft emalı zavodunda yanğına səbəb olub.

Rusiya sosial media qrupları yerli sakinlərə istinadən şəhərdə güclü partlayışlar barədə məlumat veriblər. Şahidlərin sözlərinə görə, şəhərdə ən azı yeddi partlayış baş verib. Hücumdan əvvəl yerli qubernator Mixail Evrayev bölgədə dron həyəcanı elan edib.

OSINT analitikləri və monitorinq kanallarına görə, Slavneft-YANOS (Yaroslavnefteorgsintez) müəssisəsinə zərbə endirilib.

“Slavneft-YANOS” Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. Zavodun ildə təxminən 15 milyon ton neft emal gücü var.

Bundan əlavə, Tver vilayətinin qubernatoru vəzifəsini icra edən Vitali Korolev Tverdə partlayış baş verdiyi barədə məlumatları təsdiqləyib. “Tverdə yaşayış binasına edilən dron hücumunun dəf edilməsi nəticəsində insanlar xəsarət alıb. Artıq altı böyük və bir uşaq xəstəxanada tibbi yardım alır. Binanın sakinləri təxliyə olunur “, – Tver vilayətinin qubernatoru bildirib.


Seçilən
17
4
azia.az

10Mənbələr