Ukrayna Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavoduna dronlarla hücum edib.
Milli.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
OSİNT analitikləri və monitorinq kanallarına görə, "Slavneft-YANOS" (Yaroslavnefteorgsintez) neft emalı zavodu hücuma məruz qalıb. Nəticədə partlayış və yanğın baş verib.
Qeyd edək ki, "Slavneft-YANOS" Rusiyanın beş ən böyük neft emalı zavodundan biridir. Zavod ildə təxminən 15 milyon ton neft emal edir.
Milli.Az