AZ

Rusiyanın 5 ən böyük neft zavodundan biri vuruldu - VİDEO

Ukrayna Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavoduna dronlarla hücum edib.

Bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

OSİNT analitikləri və monitorinq kanallarına görə, "Slavneft-YANOS" (Yaroslavnefteorgsintez) neft emalı zavodu hücuma məruz qalıb. Nəticədə partlayış və yanğın baş verib.

Qeyd edək ki, "Slavneft-YANOS" Rusiyanın beş ən böyük neft emalı zavodundan biridir. Zavod ildə təxminən 15 milyon ton neft emal edir.

 


Seçilən
20
4
7news.az

10Mənbələr