AZ

Gəncədə 17 yaşlı yeniyetmə BIÇAQLANDI

Gəncədə 17 yaşlı yeniyetmə naməlum şəraitdə xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 2008-ci il təvəllüdlü Yaşar Dövləti bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb.
 

Yaralıya ilkin tibbi yardım göstərilib, əməliyyata götürülüb, vəziyyəti orta-ağır qiymətləndirilir.


Gəncin kim tərəfindən və hansı şəraitdə xəsarət aldığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
71
13
bizim.media

10Mənbələr