ain.az bildirir, Apa.az saytına əsaslanaraq.
Paşinyanın təyyarəsi Moskvada hava məkanının müvəqqəti bağlanması səbəbindən gecə saatlarında Moskvaya enə bilməyib.
APA Ermənistan mediasına istinadən xəbəer verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
***
10:43
Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvaya enə bilməyib.
APA “Baza”ya istinadən xəbər verir ki, Ukrayna dronlarının hücumu səbəbindən Nikol Paşinyanın olduğu təyyarənin dekabrın 11-nə keçən gecə Moskvaya eniş etməsi mümkün olmayıb.
Paşinyanın təyyarəsi Tver bölgəsində təxminən bir saat dövrə vuraraq eniş üçün icazə gözləsə də, bu, mümkün olmayıb.
Nəticədə təyyarə Sankt-Peterburqa yola düşüb, gecə saat bir radələrində Pulkova aeroportuna enib.
Paşinyan Avrasiya İqtisadi Birliyinin (AİB) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Sankt-Peterburqa Moskvaya yola düşüb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.