Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvaya enə bilməyib.

Leqal.info “Baza”ya istinadən xəbər verir ki, Ukrayna dronlarının hücumu səbəbindən Nikol Paşinyanın olduğu təyyarənin dekabrın 11-nə keçən gecə Moskvaya eniş etməsi mümkün olmayıb.

Paşinyanın təyyarəsi Tver bölgəsində təxminən bir saat dövrə vuraraq eniş üçün icazə gözləsə də, bu, mümkün olmayıb.

Nəticədə təyyarə Sankt-Peterburqa yola düşüb, gecə saat bir radələrində Pulkova aeroportuna enib.

Paşinyan Avrasiya İqtisadi Birliyinin (AİB) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Sankt-Peterburqa Moskvaya yola düşüb.

Leqal.info