AZ

Paşinyanın təyyarəsi Ukrayna dronlarının hücumu səbəbindən Moskvaya enə bilməyib » AzadMedia.az


Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvaya enə bilməyib.

Ukrayna dronlarının hücumu səbəbindən Nikol Paşinyanın olduğu təyyarə dekabrın 11-nə keçən gecə Moskvaya enə bilməyib.

Paşinyanın təyyarəsi Tver bölgəsində təxminən bir saat dövrə vuraraq eniş üçün icazə gözləsə də, eniş mümkün olmayıb.

Nəticədə təyyarə Sankt-Peterburqa yola düşüb, gecə saat bir radələrində Pulkova aeroportuna enib.

Paşinyan Avrasiya İqtisadi Birliyinin (AİB) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Moskvaya yola düşüb.
Seçilən
21
9
azadmedia.az

10Mənbələr