"Oyunla bağlı çox danışılacaq bir şey yoxdur".
Bu sözləri Apasport.az saytına açıqlamasında Ağdam klubunun müdafiəçisi Elvin Cəfərquliyev deyib.
Futbolçu məğlubiyyətə görə komanda olaraq məyus olduqlarını bildirib:
“Azarkeşlərimizi sevindirmək istəyirdik. Bu görüşdə qazanacağımız üç xal pley-off şanslarımızı daha da artıracaqdı. Amma alınmadı. Oyuna yaxşı başladıq, qollarımızı vurduq. Matçın müəyyən anlarında yaxşı kombinasiyalar quraraq irəliləyirdik. Lakin hücuma keçdiyimiz epizodlarda buraxdığımız səhvlər məğlubiyyətimizə səbəb oldu. Bilirsiniz ki, belə turnirlərdə ən kiçik səhv və ya bir anlıq diqqətsizlik belə, uduzmağa gətirib çıxara bilər. Rəqibin əks-hücumları çox təhlükəli idi və nəticədə qapımızda qollar gördük. Qalan iki oyunda isə əlimizdən gələni etməyə çalışacağıq".
“Qalatasaray” Fransadan əliboş qayıdır - YENİLƏNİB
Qurban Qurbanov: “Dünya bazarına çıxmaq istəyiriksə…”
Mateuş Silva: “Oyun fəlsəfəmiz hamıya bəllidir”
FİFA 2026 Dünya Kubokunda yeni qayda tətbiq edəcək - 3 dəqiqə...
"Araz-Naxçıvan" ÇL-də mübarizəni dayandırıb