AZ

Elvin Cəfərquliyev: “Etdiyimiz səhvlər bizim məğlub olmağımıza gətirib çıxardı”

"Oyunla bağlı çox danışılacaq bir şey yoxdur".

Bu sözləri Apasport.az saytına açıqlamasında Ağdam klubunun müdafiəçisi Elvin Cəfərquliyev deyib.

Futbolçu məğlub olduqları üçün komanda olaraq məyus olduqlarını dilə gətirib:

"Azarkeşlərimizi sevindirmək istəyirdik. Burada qazanacağımız üç xal pley-off şanslarımızı daha da artırırdı. Amma olmadı. Oyuna yaxşı başladıq. Qollarımızı vurduq. Matçın bəzi dəqiqələrində yaxşı kombinasiyalar şəklində irəliləyirdik. Hücuma çıxanda etdiyimiz səhvlər bizim məğlub olmağımıza gətirib çıxardı. Bilirsiniz ki, belə bir turnirdə edilən kiçik bir səhv, ani bir diqqətsizlik sizin uduzmağınıza gətirib çıxara bilər. Rəqibin əks-hücumları çox güclü idi. Bunun da qarşılığında qapımızda qollar gördük. Bundan sonrakı iki matçda əlimizdən gələni edəcəyik".

“Qalatasaray” Fransadan əliboş qayıdır - YENİLƏNİB

Qurban Qurbanov: “Dünya bazarına çıxmaq istəyiriksə…”

Mateuş Silva: “Oyun fəlsəfəmiz hamıya bəllidir”

FİFA 2026 Dünya Kubokunda yeni qayda tətbiq edəcək - 3 dəqiqə...

"Araz-Naxçıvan" ÇL-də mübarizəni dayandırıb

Seçilən
58
1
apasport.az

9Mənbələr