AZ

Elvin məğlubiyyəti şərh etdi: Bu, Qurban Qurbanovun qərarıdır, qarışmasam yaxşıdır

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının 6-cı turunun “Ayaks”la oyunundan sonra (2:4) Publika.az saytına müsahibə verib.

O, əvvəlcə görüşlə bağlı təəssüratlarını bölüşüb:

- Oyunla bağlı danışılacaq çox şey yoxdur. Çox istəyirdik ki, azarkeşlərimizin önündə qələbə qazanaq. Çox vacib oyun idi. Qazanılacaq 3 xal nıövbəti mərhələ üçüb şanslarımızı artırırdı. Oyuna yaxşı başladıq, qollarımızı vurduq. Üstünlük də biz tərəfdə idi. Çox yaxşı hücumlar qururduq, topla əla rəftar edirdik. Amma ani səhvlərimiz qapımıza qolla yekunlaşdı. Rəqibin əks hücumları çox güclü alınırdı. Qollar buraxdıqca həvəsdən düşdük. Qələbə qazanmağı çox istəyirdik. Təəssüf ki, alınmadı. Əlimizdən gələni edəcəyik ki, son 2 oyunda maksimum nəticə qazanaq.

- Matçda qırılma anı hansı məqam oldu?
- ⁠Oyunun qırılma anı üçüncü qol oldu. Bundan sonra komandada məyusluq oldu. Ondan sonra buraxılan qollar bəllidir.

- “Qarabağ”dakı əvəzetmələrin matçın gedişinə təsiri nə qədər oldu?
- Əvəzetmələrə qarışmasam, yaxşıdır. Bu, məşqçinin (red - Qurban Qurbanovu nəzərdə tutur) qərarıdır.

Seçilən
37
1
publika.az

9Mənbələr