Ajans.az xəbər verir ki, məhkəmə şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Məmməd İbrahim barəsində dekabrın 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin gün AXCP sədri Əli Kərimli haqqında da 2 ay 15 gün həbs qətimkan tədbiri müəyyən edilib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) ilə ittiham irəli sürülüb.
Dekabrın 5-də Bakı Apellyasiya Məhkəməsi Əli Kərimlinin barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən şikayəti də təmin etməyib.
Məmməd İbrahimin noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir. Elə həmin gün AXCP sədri Əli Kərimlinin də saxlanıldığı, hər iki şəxsin evində axtarış aparıldığı qeyd olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta