AZ

Məmməd İbrahim barəsində qərar qüvvədə saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Publika.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Apellyasiya şikayəti təmin edilməyib, həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qüvvədə saxlanılıb.

Səbail rayon Məhkəməsinin qərarı ilə M. İbrahim barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
58
24
publika.az

10Mənbələr