AZ

Məmməd İbrahimin apellyasiya şikayətinə baxıldı

Dekabrın 8-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən şikayətə baxılıb.

Modern.az xəbər verir ki, məhkəmə şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məmməd İbrahim barəsində dekabrın 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin gün AXCP sədri Əli Kərimli haqqında da 2 ay 15 gün həbs qətimkan tədbiri müəyyən edilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) ilə ittiham irəli sürülüb.

Dekabrın 5-də Bakı Apellyasiya Məhkəməsi Əli Kərimlinin barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən şikayəti də təmin etməyib.

Məmməd İbrahimin noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir. Elə həmin gün AXCP sədri Əli Kərimlinin də saxlanıldığı, hər iki şəxsin evində axtarış aparıldığı qeyd olunub.

Seçilən
58
1
modern.az

10Mənbələr