AZ

Premyer Liqa: "Şamaxı" səfərdə "Karvan-Yevlax"a böyük hesabla qalib gəldi

Misli Premyer Liqasının XIV turunda daha bir oyun keçirilib.


Manset.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Şamaxı" səfərdə "Karvan-Yevlax"a qalib gəlib - 0:3.

Yevlax şəhər stadionunda baş tutan matçda qolları Oruc Məmmədov (60), Kərim Rossi (70) və Dioqo Balau (82) vurublar.

Şamaxı kollektivi 17 xalla turnir cədvəlinin yeddinci sırasında qərarlaşıb. 5 xalı olan yevlaxlılar isə sonuncu - on ikincidirlər.

Qeyd edək ki, turun açılış görüşündə "Zirə" "Qarabağ"la bərabərə qalıb - 1:1. Tura dekabrın 9-da yekun vurulacaq.


Seçilən
43
12
manset.az

10Mənbələr