AZ

Premyer Liqa: "Şamaxı" səfərdə "Karvan-Yevlax"a qalib gəlib

Misli Premyer Liqasının XIV turunda daha bir oyun keçirilib.

Aznews.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Şamaxı" səfərdə "Karvan-Yevlax"a qalib gəlib -3:0.

Yevlax şəhər stadionunda baş tutan matçda qolları Oruc Məmmədov (60), Kərim Rossi (70) və Dioqo Balau (82) vurublar.

Şamaxı kollektivi 17 xalla turnir cədvəlinin yeddinci sırasında qərarlaşıb. 5 xalı olan yevlaxlılar isə sonuncu - on ikincidirlər.

Seçilən
46
12
aznews.az

10Mənbələr