AZ

Şamaxı Yevlaxdan qələbə ilə qayıdır

ain.az, Axar.az saytına istinadən bildirir.

Misli Premyer Liqasının XIV turunda daha bir oyun keçirilib.

Axar.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Şamaxı" səfərdə "Karvan-Yevlax"a qalib gəlib -3:0.

Yevlax şəhər stadionunda baş tutan matçda qolları Oruc Məmmədov (60), Kərim Rossi (70) və Dioqo Balau (82) vurublar.

Şamaxı kollektivi 17 xalla turnir cədvəlinin yeddinci sırasında qərarlaşıb. 5 xalı olan yevlaxlılar isə sonuncu - on ikincidirlər.

Qeyd edək ki, turun açılış görüşündə "Zirə" "Qarabağ"la bərabərə qalıb - 1:1.

Tura dekabrın 9-da yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
108
12
axar.az

10Mənbələr