AZ

Almaniyada minlərlə məktəbli etiraz aksiyası keçirdi

Almaniyada hərbi xidməti modernləşdirən qanun layihəsinə qarşı Almaniyanın böyük şəhərlərində etirazlar keçirilib.

Publika.az xəbər verir ki, KİV-lər Berlində keçirilən etiraz aksiyasında 3000-dən çox məktəblinin iştirak etdiyini yazıb.

Onlar yeni qanunu tənqid edən plakatlar və bannerlərlə şəhər mərkəzində yürüyüş ediblər. Axşam saatlarında ikinci etiraz dalğasının baş verəcəyi gözlənilir.

Yeni qanuna qarşı etirazlar həmçinin Ştutqart, Rostok, Nürnberq, Leypsiq və digər 70 şəhər və bələdiyyədə də keçirilib.

Xatırladaq ki, 5 dekabrda Bundestaq Almaniyada hərbi xidməti modernləşdirən qanun layihəsinin lehinə səs verib. Parlamentin 596 üzvündən 323-ü qanunun lehinə, 272-si əleyhinə səs verib, 1-i isə bitərəf qalıb.

Seçilən
60
10
publika.az

10Mənbələr