AZ

Boksçumuz dünya çempionatına qələbə ilə BAŞLADI

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatı start götürüb.

Bizim.Media xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.

Məhəmmədəli Aşurəliyev (60 kq) 1/32 final çərçivəsində Visdom Barnorla (Syerra-Leone) qarşılaşıb.
 

Boksçumuz döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə xeyrinə bitirib. Dünya çempionatında debütdə qələbə qazanan Aşurəliyev növbəti görüşündə ilk mərhələdən azad olan Mrema (Tanzaniya) ilə üz-üzə gələcək.


Qeyd edək ki, millimiz dünya çempionatına 11 boksçu ilə yollanıb.

Bizim.Media

Seçilən
94
11
bizim.media

10Mənbələr