AZ

Boksçumuz dünya çempionatına qələbə ilə başladı

Ajans.az xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb. Məhəmmədəli Aşurəliyev (60 kiloqram) 1/32 finalda Visdom Barnorla (Syerra-Leone) qarşılaşıb. Boksçumuz döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə öz xeyrinə bitirib. Dünya çempionatında debütdə qələbə qazanan Aşurəliyev növbəti görüşündə ilk mərhələdən azad olan Mrema (Tanzaniya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatına 11 boksçu ilə yollanıb.

Seçilən
90
13
Ajans.az

10Mənbələr