AZ

Boksçumuz dünya çempionatına qələbə ilə başlayıb

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatına start verilib.

Apasport.az xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.

Məhəmmədəli Aşurəliyev (60 kq) 1/32 final çərçivəsində Visdom Barnorla (Syerra-Leone) qarşılaşıb. Boksçumuz döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə xeyrinə bitirib. Dünya çempionatında debütdə qələbə qazanan Aşurəliyev növbəti görüşündə ilk mərhələdən azad olan Mrema (Tanzaniya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, millimiz dünya çempionatına 11 boksçu ilə yollanıb.

Boksçumuz Avropa çempionatının finalına yüksəlib

İki boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Boksçumuz doğum günündə AÇ-nin yarımfinalına vəsiqə qazanıb

2 boksçumuz Avropa çempionatında 1/4 finala yüksəlib

İki boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb

Seçilən
89
11
apasport.az

10Mənbələr