AZ

Masazırda 1-ci sinif şagirdi öldü

Abşeron rayonu Masazır qəsəbəsindəki məktəblərdən birində şagird vəfat edib.

Adalet.az xəbər verir ki, noyabrın 27-si Masazırdakı 1 N-li tam orta məktəbin qarşısında 1-ci sinif şagirdi, qəsəbə sakini 2018-ci il təvəllüdlü Emin Etibar oğlu Həmidovun qəflətən halı pisləşib.

Təcili tibbi yardım gələnədək azyaşlı vəfat edib.

Onun qan azlığı və ürək problemlərindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Seçilən
92
36
adalet.az

10Mənbələr