AZ

Masazırda 1-ci sinif şagirdi məktəbin həyətində öldü

12:54 28.11.2025
12:54 28.11.2025

Abşeron rayonu Masazır qəsəbəsindəki məktəblərdən birində şagird vəfat edib.

Noyabrın 27-si Masazır qəsəbəsinin ərazisində yerləşən 1 N-li tam orta məktəbin qarşısında 1-ci sinif şagirdi, qəsəbə sakini 2018-ci il təvəllüdlü Emin Etibar oğlu Həmidovun qəflətən halı pisləşib.

Təcili tibbi yardım gələnədək azyaşlı vəfat edib.

Şagirdin qan azlığı və ürək problemlərindən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.


Seçilən
107
36
mynews.az

10Mənbələr