Abşeron rayonu Masazır qəsəbəsindəki məktəblərdən birində şagird vəfat edib.
ONN media qafqazinfo-ya istinadən xəbər verir ki, noyabrın 27-si Masazırdakı 1 N-li tam orta məktəbin qarşısında 1-ci sinif şagirdi, qəsəbə sakini 2018-ci il təvəllüdlü Emin Etibar oğlu Həmidovun qəflətən halı pisləşib.
Təcili tibbi yardım gələnədək azyaşlı vəfat edib.
Şagirdin qan azlığı və ürək problemlərindən əziyyət çəkdiyi bildirilib.
Faktla bağlı araşdırmalar aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta