AZ

Sərgən Yalçının rəhbərlikdən istədiyi 3 transferdən 2 si Türkiyə yığmasının üzvüdü

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Mövsümü istənilən şəkildə keçirməyən və hazırda 7-ci pillədə qərarlaşan ''Beşiktaş''ın qış transfer dönəmində fəal olacağı gözlənilir. Özü də nəzərə alaq ki, İstanbul nəhəngi Türkiyədə oynamaq istəməyən Rafa Silva kimi əsas ulduzunu da əldən buraxmaq üzrədi. "Football-plus.az" xəbər verir ki, Sərgən Yalçının rəhbərlikdən transferini tələb etdiyi 3 əsas futbolçu bəlli olub. Təcrübəli mütəxəssis yarımmüdafiənin mərkəzinin, sol cinahın, eləcə də hücumun gücləndirilməsini istəyir. ''Fanatik'' nəşrinin iddiasına görə Yalçının tələb etdiyi 3 futbolçudan 2-si Türkiyə yığmasının üzvüdü. Söhbət Salih Özcan və Dəniz Güldən gedir. 27 yaşlı Özcan Dortmund ''Borussiya''sında heç də əsas heyət üzvü sayılmır. ''Beşiktaş'' onu icarəyə götürməyi təklif edəcək. Ancaq Salihin Türkiyədə oynamaq istəyib-istəmədiyi barədə məlumat yoxdu. Fiziki göstəriciləri ilə diqqət çəkən və böyük gələcək vəd edən Dəniz Gülün transferi isə asan görsənmir. Son iki rəsmi oyunda həm Türkiyə yığmasında, həm də ''Portu''da qol vuran 21 yaşlı forvardın ''əjdahalar''la 2029-cu ilə qədər müqaviləsi var. 190 sm boya malik olan hücumçunun indiki dəyəri 4 milyon avro civarındadı. Sol vinger üçün Sərgən Yalçının ''qaraladığı'' futbolçu isə Zuriko Davitaşvilidi. ''Sent Etyen''in 24 yaşlı gürcüstanlı üzvü Liqa-1-in ən diqqət çəkən dinamik cinah futbolçularından biridi. O, cəldliyi, sürəti və birəbirdə müdafiəçini keçmək qabiliyyəti ilə ''Beşiktaş''a böyük fayda verə bilər. ''Ağ-qaralar'' Davitaşvilinin transfer şərtləri ilə maraqlanıblar. Qışda rəsmi təklifin irəli sürüləcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
99
11
icma.az

10Mənbələr