“Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın damar tıxanıqlığı səbəbilə əməliyyat edilib.
İdmanxeber.az xəbər verir ki, səhər saatlarında keçirilən müdaxilə uğurlu alınıb və 53 yaşlı mütəxəssisin damarına stend qoyulub. Onun səhhətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, Sərgən Yalçın bu yaydan “Beşiktaş”a rəhbərlik edir.